Luçesko və Sergen bir arada? - Türkiyə klubunda dəyişiklik

Mirça Luçesku Kiyev "Dinamo"sundan istefa verdikdən sonra karyerasını bitirməyi planlaşdırmır.

Metbuat.az xəbər verir ki, 78 yaşlı məşqçi fəaliyyətini davam etdirmək istədiyini bildirib. Türkiyə mediasının məlumatına görə, “Beşiktaş”da prezident seçkilərindən Emre Kocadağ namizəd olub qalib gəlsəydi, Sergen Yalçın baş məşqçi, Mirça Luçesku isə “Beşiktaş”ın idman direktoru olacaqdı. Lakin seçkilərdə qalib gələn Hasan Arat baş məşqçi postuna Rıza Çalımbay gətirilib. “Beşiktaş” onun rəhbərliyi altında 4 oyunda 2 qələbə qazanıb. Türkiyə mediasının iddiasına görə, Sergen Yalçın və Mirça Luçesku yenidən "Beşiktaş"ın gündəmindədir.

Qeyd edək ki, Mirça Luçeskunun “Beşiktaş”ın baş məşqçisi postuna da namizəd olduğu iddia edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı