İspaniya, Belçika, İrlandiya və Maltanın baş nazirləri Avropa İttifaqı Şurasının sədri Şarl Mişelə məktub göndəriblər.
Metbuat.az xəbər verir ki, onlar Şarl Mişeldən Brüsseldə keçiriləcək AB Şurasının zirvə toplantısında İsrailin bombardmanları altında olan Qəzza zolağındakı vəziyyətlə bağlı qəti mövqe nümayiş etdirməyi xahiş ediblər.
Məktubda Qəzzədəki vəziyyət və iki dövlətli həll yolu ilə bağlı mövqenin müəyyən edilməsi ilə bağlı müzakirənin dekabrın 14-15-də Brüsseldə keçiriləcək Aİ Şurasının sammitinin gündəliyinə salınması istənilib.
Məlumata görə, Belçikanın liderliyində 4 baş nazirin imzaladığı məktub Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin yazdığı məktubdan təsirlənərək yazılıb.
Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş Qəzzada baş verən humanitar fəlakətin təcili həllini tapmağa çağırıb.