Ərdoğan hakimin döyülməsini pislədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada futbol üzrə ölkə çempionatının oyunundan sonra meydanda hakimin döyülməsi hadisəsini kəskin şəkildə pisləyib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə liderinin bəyanatında yer alıb.

““Ankaragücü” – “Rizespor” matçından sonra baş hakim Halil Umut Melərə edilən hücumu pisləyirəm və ona tezliklə sağalmasını arzulayıram. İdman sülh və qardaşlıq deməkdir. Zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətə dözməyəcəyik”, - bəyanatda vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı