111 il sonra ilk yaşayan tarixi klubdan qəribə transfer qərarı

Braziliya nəhəngi “Santos” 111 illik tarixində ilk dəfə aşağı liqaya düşdükdən sonra maraqlı qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, “Santos” prezidenti Teixeira iddia edib ki, Neymarın kluba qayıtması üçün tərəflər danışıqlar aparır. “Mən onunla telefonda danışdım. Dedi: “Prezident, siz 10 nömrəli formanı toxunulmaz etmisiniz. Mən qayıdana qədər 11 nömrəni də toxunulmaz edin” deyə bildirib. Prezidentin bu sözləri bəziləri tərəfindən zarafat kimi qəbul edilib.

Qeyd edək ki, Neymar karyerasına 2009-cu ildə “Santos”da başlayıb və 4 il sonra "Barselona"ya transfer olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı