Prezidentdən Xalq artistləri ilə bağlı SƏRƏNCAM

Xalq artisləri Mələkxanım Eyubova, Səkinə İsmayılova, Həmidə Ömərova, İlham Namiq Kamal, teatrşünas Məryam Əli-zadə, Xalq rəssamı Arif Əziz, Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşının təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı