Borrel Netanyahunu tənqid etdi

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İsrailin baş naziri Benyamin Netanyahunu iki dövlətli həllə qarşı çıxdığına görə tənqid edib.

Metbuat.az xəbər verir ki, Borrell Avropa Parlamentinin Baş Assambleyasında İsrail-Fələstin sessiyasında çıxış edib.

Avropa İttifaqının iki dövlətli həlldə israrlı olduğunu vurğulayan Borrell, "Problem üçün balanslı bir həll tapmalıyıq. İndi ən önəmlisi daha çox insanın ölməsinin qarşısını almaq və bu münaqişəyə siyasi həll yolu tapmaqdır. Təəssüf ki, İsrailin baş naziri belə bir siyasətin əleyhinə olduğunu bildirib. İki dövlətli həll üçün indi işləməyin mümkün olub-olmaması Avropa İttifaqının indi və gələcəkdə ən böyük öhdəliyi olacaq. Ona görə də biz BMT-nin tələblərinə zidd olan yaşayış məntəqələrinin daha da genişləndirilməsinə qarşı qətiyyətlə səsimizi ucaltmalıyıq” deyə qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı