Azərbaycan və Türkiyə arasında ticarətin dövriyyəsinin həcmi 15% artıb

2023-cü ilin ilk 10 ayı ərzində Azərbaycan və Türkiyə arasında ticarətin dövriyyəsinin həcmi ötən ilin 12 ayı ilə müqayisədə 15% artıb.

Metbuat.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2024-cü ilin tam yekunları üçün hələ bir qədər tez olsa da, böyük mənada rəqəmlər və statistika mövcuddur:

“Onu qeyd etmək kifayət edər ki, 2023-cü ilin ilk 10 ayında ticarət dövriyyəmiz 7 milyard dollara yaxınlaşaraq 2022-ci ilin 12 aylıq dövriyyəsini artıq 15% üstələyib. Təbii ki, ilin yekunları üzrə rəqəmlər daha da müsbət, daha möhtəşəm olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı