"Barselona"dan “yeni Messi” həmləsi - Özü də gəlmək istəyir

"Barselona" "Messinyo" ləqəbli Estevao Villian üçün “Palmeyras” ilə danışıqlara başlayıb.

Metbuat.az xəbər verir ki, danışıqların məhsuldar keçdiyi irəli sürülür. “Mundo Deportivo”nun xəbərinə görə, Estevao Villian özü də “Barselona”da oynamaq istəyir. “Messinyo” ləqəbli 16 yaşlı istedad sağ və sol cinahlarla yanaşı, 10 nömrəli mövqedə də oynaya bilir.

Villian bu mövsümü 15 matçda meydana çıxıb və 608 dəqiqə meydanda olub. O, bu matçlarda 2 qol vurub, 1 məhsuldar ötürmə edib. Estevao Villian üçün Avropanın bir sıra klublarının hərəkətə keçdiyi irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı