YAP-ın Mərkəzi Seçki Qərargahı yaradıldı

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı yaradılıb.

Metbuat.az xəbər verir ki, bu barədə qərar Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında qəbul edilib.

Qərargah 21 nəfərdən ibarət tərkibdə yaradılıb.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR