Xaçmazda ağac gövdələrinin qanunsuz emal olunması faktları aşkarlandı

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən təbiəti mühafizə və meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, dekabrın 14-də nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Xaçmaz rayonu ərazisində keçirdikləri tədbirlərlə Nərəcan və Qaraqurdlu kəndləri ərazisində fəaliyyət göstərən iki sexdə mənbəyi məlum olmayan müxtəlif cinsli ağac gövdələrinin qanunsuz emal olunması faktları aşkar edilib.

Xaçmaz Rayon Polis Şöbəsində hər iki faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı