“Şagird var ki, ona illik 64 min manat xərclənir” - Nazir

“Azərbaycanda hazırda şagird sıxlığı baxımından təhsil sistemində çox qeyri-bərabər maliyyə paylanması var. Bu gün bir uşağa 7 min manata yaxın pul xərcləyirik. Bu, Bakıda özəl məktəbin bir şagirdə xərclədiyi vəsaitə bərabərdir”.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı deyib.

Nazir bildirib ki, ucqar yerlərdə bunun nəticəsini görə bilmirik:

“Məsələn, bizim bir məktəbimizdə 1 şagird var ki, ona illik 64 min manat xərclənir. Həmin pulu o şagirdə yenə xərcləyək, mən bunun xərclənməməsi mövqeyində deyiləm, amma 64 min manatla biz o şagirdə nələr edə bilərik mövqeyindəyəm. Həmin şagirdə o vəsaiti daha səmərəli xərcləmək üçün rasionallaşma tədbirlərimizi davam etdirəcəyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı