Füzuliyə köçürülən sakinlər ilk dəfə aktivlərlə təmin edilib

İşğaldan azad olunan ərazilərdə məskunlaşan sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bir qrup Füzuli şəhər sakini istehsal, xidmət sahəsi üzrə özünüməşğulluq proqramına cəlb edilərək lazımi avadanlıqlarla təmin olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, vətəndaşlara öz müraciətləri əsasında qadın gözəllik salonu, kişi bərbəri və kiçik dərzi sexi zərfləri üzrə aktivlər təqdim edilib.

Bununla da Böyük Qayıdış proqramı çərçivəsində öz yurdlarına qayıdan vətəndaşlar üçün yaradılan təsərrüfatların sayı 28-ə çatıb.

Ümumilikdə indiyədək Böyük Qayıdış proqramı çərçivəsində 1000-dən artıq vətəndaş aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlar müvafiq vakansiyalar üzrə işlə təmin olunub, özünüməşğulluq proqramına və peşə hazırlığı kurslarına cəlb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı