"Turan Tovuz" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçiriləcək.

Metbuat.az xəbər verir ki, "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.

Tovuz şəhər stadionundakı qarşılaşma saat 18:00-da start götürəcək. Matçın baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.

Tovuz klubu 16 xalla 8-ci, paytaxt təmsilçisi 29 xalla 2-ci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XVII tur

18:00. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu

Qeyd edək ki, tura dekabrın 18-da reallaşacaq "Qarabağ" - "Neftçi" görüşü ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Səbail" "Qəbələ"ni (3:0), "Araz-Naxçıvan" "Sabah"ı (2:0) məğlub edib. "Kəpəz" - "Sumqayıt" matçında isə qalib müəyyənləşməyib - 1:1.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR