Sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Ləman Vəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.
Metbuat.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, araşdırmaların nəticəsindən asılı olaraq onun hərəkətlərinə hüquqi qiymət veriləcək.