Daha bir ölkə müharibə astanasında - "Buna hazırıq"

"Hər hansı bir ölkə Nigerə hücum etmək qərarına gələrsə, ölkəsi özünü müdafiə edəcək".

Metbuat.az xarici mediaya istinadən bildirir ki, bunu Nigerin Baş naziri Əli Mahaman Lamin Zeyn deyib. O qeyd edib ki, Niger ölkəyə hərbi müdaxilənin mümkünlüyünü istisna etmir, lakin onu dəf etməyə hazırdır:

“Heç bir illüziyaya ehtiyac yoxdur, hər an nəsə ola bilər. Amma unutmayın ki, bizim təcrübəli, terrorçulardan da güclü ordumuz var”.

Xatırladaq ki, bu ilin iyulun sonunda Niger ordusu prezident Mohamed Bazumun vəzifəsindən uzaqlaşdırıldığını elan edib. Avqust ayında nigerli hərbçilər Fransa ilə bütün razılaşmaları ləğv edib və bu ölkənin qoşunlarının çıxarılmasını tələb ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı