“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi Ulu Öndərə həsr olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi işıq üzü görüb.

Bu barədə Metbuat.az-a institutdan məlumat verilib. Bildirilib ki, əsasən Ulu Öndərin 100 illiyinə həsr olunan jurnalın “Heydər Əliyev - 100” bölməsində akademik Gövhər Baxşəliyevanın “Heydər Əliyev və İslam Əməkdaşlıq Təşkilatı”, iraqlı alim Mutaz Muhyi Əbdülhəmidin “Heydər Əliyev: Azərbaycan Respublikasının ərəb və İslam dünyası ilə diplomatik münasibətləri”, Səməd Bayramzadənin “Heydər Əliyevin azərbaycançılıq ideyasında Cənubi Azərbaycan”, Elman Quliyevin “Heydər Əliyev və ədəbiyyat (Türk xalqları ədəbiyyatına dəyər kontekstində)”, Sübhan Talıblının “Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Respublikasının xarici siyasətində Körfəz ölkələri” məqalələri, eləcə də Şərqşünaslıq İnstitutunda keçirilmiş “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfrans, Ulu Öndərə həsr olunmuş tədbir və elmi seminarlar barədə məlumat verilib.

“Elm tarixi” bölməsində qazaxıstanlı alim Duysen Qalımjanın “Mirzə Məhəmməd Əli Kazımbəy və Şokan Ualixanov: türk dünyasının görkəmli intellektualları” məqaləsi yer alıb. Jurnalın digər elmi bölümlərində “Molla Nəsrəddin” jurnalında “İbrahim bəyin səyahətnaməsi”, “Hökumə Billurinin M.Şəhriyardan tərcümələri”, “Muradəli Qüreyşi Qaflantının yaradıcılığında vətənpərvərlik motivləri”, “Şərq-Qərb münasibətləri prizmasından dinlərarası dialoq və Azərbaycan təcrübəsi” adlı məqalələr təqdim edilib.

Jurnalda, həmçinin müasir Şərqin gündəm məsələlərinə, şərqşünas alimlərin yubileylərinə, Şərqşünaslıq İnstitutunun ən yeni tədqiqatlarına, institut əməkdaşlarının beynəlxalq elmi tədbirlərdə iştirakına dair məqalələr verilib. Şərqşünaslıq İnstitutunun yeni nəşrləri, institutda keçirilmiş konfranslar, görüşlər, tədbirlər barədə məlumat da yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR