DİN vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) əhalidə qanunsuz saxlanılan odlu silah-sursatla bağlı növbəti maarifləndirici videoçarx hazırlayıb.

DİN-in mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir.

Odlu silahın və döyüş sursatının qanunsuz saxlanılması, satılması və s. barədə polisə məlumat verən şəxslər isə konfidensiallıqları qorunmaqla mükafatlandırılacaq. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər. Nazirlik cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı