​Malayziya Qəzza ilə bağlı İsrail gəmilərinə qadağa tətbiq etdi

Malayziyanın baş naziri Enver İbrahim, fələstinlilərə qarşı “qəddarlığı” əsas gətirərək, İsrail bayraqlı və İsrailə məxsus bütün gəmilərin ölkə limanlarına yanaşmasının qadağan edildiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Enver yazılı açıqlamada qadağanın İsrailin Fələstinə hücumları ilə bağlı mövqeyinə cavab olduğunu və dərhal qüvvəyə minəcəyini bildirib. Keçmiş hökumətin qərarı ilə 2005-ci ildən bəri İsrail mərkəzli şirkət və gəmilərin limanlara yanaşmasına icazə verildiyini bildirən Enver, bu qərarın qüvvədən düşdüyünü qeyd edib.

“Bu sanksiya İsrailin Fələstin xalqına qarşı davam edən qırğın və qəddarlığına, əsas humanitar prinsiplərə məhəl qoymayan və beynəlxalq hüququ pozan hərəkətlərinə cavabdır”, - deyə Ənvər bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı