PFL rəsmisi xəstəxanadan evə buraxıldı

Ağdam-Xankəndi yolunda baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) daha bir əməkdaşı xəstəxanadan evə buraxılıb.

Metbuat.az Bizim.Media-ya istinadən xəbər verir ki, qurumun media və marketinq direktoru Sənan Abdullayevin xəstəxana şəraitində müalicəsi başa çatıb.

Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev palataya köçürülüb. Qurumun prezidenti Elxan Səmədovun müalicəsi isə reanimasiyada davam etdirilir.

Qeyd edək ki, ötən gün PFL-in icraçı direktoru Zaur Hacı-Məhərrəmov və texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov evə buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı