Su "qiymətinə" ikinci liqadan aldıqları futbolçunu 100 milyona satırlar

"Çelsi" "Sportinq"in 25 yaşlı futbolçusu Gyokeresi transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Çelsi”nin futbolçu üçün 80 milyon avro təklif etdiyi iddia edilir. İtalyan insayder Fabrizio Romano bildirib ki, “Çelsi” ilə yanaşı “Arsenal” da futbolçunu transfer etmək istəyir. "Sportinq"in baş məşqçisi Ruben Amorim bildirib ki, "Sportinq" futbolçunu satmaq istəmir. Lakin yüksək məbləğdə təklif olarsa, transfer reallaşa bilər. "Sportinq"in baş məşqçisi Ruben Amorim futbolçu üçün 100 milyon avro tələb etdiklərini açıqlayıb.

Qeyd edək ki, Gyokeres İngiltərə Çempionşip təmsilçisi “Koventri”dən "Sportinq"ə keçib və klubla 2028-ci ilə qədər müqaviləsi var. O, klubun heyətində ümumilikdə 19 matçda çıxış edib və 17 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı