Raketi gülümsəyərək izləyən Şimali Koreya lideri gündəm oldu - FOTO

Şimali Koreya lideri Kim Çen In ölkənin ən güclü silahı sayılan “Hwasong-18” qitələrarası ballistik raketinin sınağını izləyib.

Metbuat.az xəbər verir ki, Kim Çen In bildirib ki, bu raketin testi ABŞ-ın yanlış qərar verəcəyi təqdirdə Şimali Koreyanın necə reaksiya verə biləcəyini nümayiş etdirir. Kim Çen Inın sözlərinə görə, düşmənlərin ehtiyatsız və məsuliyyətsiz hərbi təhdidlərinə səssiz qalmaq olmaz və onlara daha aqressiv hərəkətlərlə sərt cavab veriləcək. Kim Çen In Pxenyanın ən güclü strateji hücum vasitələrinin etibarlılığını bir daha ortaya qoyan raket sınağından çox məmnun olduğunu bildirib. Raket sınağı zamanı Kim Çen Inın gülümsəməsi diqqət çəkib.

Qeyd edək ki, ABŞ materikini vura biləcək mənzilə sahib olduğu irəli sürülən “Hwasong-18” raketi, ölkənin ən güclü silahı hesab edilir.

Ülkenin en güçlü silahı! Balistik füze testini izleyen Kim-Jong-un, ABD'yi açık açık tehdit etti



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı