Pənah Hüseynlə jurnalist arasında kuryoz hadisə - "Adboy" verməyi unutdum"

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin başına maraqlı hadisə gəlib.

Metbuat.az xəbər verir ki, bununla bağlı o, özünün "Facebook" hesabında paylaşım edib:

“Bir az əvvəl “açıq mikrofon” mənimlə də alay etdi. Hörmətli internet televiziya aparıcılarımızdan biri zəng edib məni verilişə dəvət etdi. Mən də xəstə olduğumu bildirdim (red: həqiqətən xəstəyəm, güclə danışıram) və o da cavabında “xəstəsinizsə, gəlməyin” dedi.

Vəziyyətdən (red:gəlməyin sözündən) xeyli xoşlanıb bundan da belə canımı qurtardım demişəm. Sən demə telefonu söndürməyi unutmuşam. Eşidib və qayıdıb təkrar zəng vurdu ki, axı mən can qurtarılacaq aparıcı deyiləm (red: həqiqəti deyir).

Mən baxmayaraq ki, ondan yox, efirdən can qurtarmağı nəzərdə tuturdum, ancaq yaxşı alınmadı. Mikrofonla ehtiyatlı olmaq lazımdır. Aparıcı xanımdan da üzrlər".

Paylaşıma şərh yazan Sevinc Telmanqızı isə həmin jurnalistin özü olduğunu qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı