Azərbaycan və Gürcüstan arasında bu ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsi 812,1 milyon dollar təşkil edib.
Metbuat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 129,3 milyon dollar və ya 19 % çoxdur.
Hesabat dövründə Azərbaycandan bu ölkəyə 696,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 116 milyon dollar olub.