Azərbaycan Premyer Liqasının hesabat turunda keçirilən “Turan Tovuz” - “Araz Naxçıvan” matçı zamanı qorxulu anlar yaşanıb.
Metbuat.az xəbər verir ki, matçın keçirildiyi Tovuz şəhər stadionunun işıq dirəklərindən biri aşıb.
Xoşbəxtlikdən meydanda və tribunada olanlardan xəsarət alan olmayıb.
82-ci dəqiqədə yarıda dayandırılan matç matçı dekabrın 24-ü 12:00-dan etibarən qaldığı yerdən davam etdiriləcək.