Ağsaqqallar Şurası İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədi

Ağsaqqallar Şurası bu gün keçirilən Ümumi yığıncağında İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib.

Metbuat.az xəbər verir ki, bu barədə Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın ümumi yığıncağında çıxışı zamanı 35 min üzvü olan qurumun Prezident İlham Əliyevin siyasətinin davamını tarixi zərurət hesab etdiyini bildirib.

E.Quliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin Azərbaycanı siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli, beynəlxalq səviyyədə söz sahibi olan dövlətə çevirdiyini qeyd edib.

Şura İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul edib: "Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmiş nəhəng tarixi şəxsiyyətdir, o, özündən sonra böyük siyasi irs miras qoyub. Heydər Əliyevin xalqımıza bəxş etdikləri saysız-hesabsızdır, o həm də Azərbaycan xalqına İlham Əliyev kimi oğul bəxş edib!", - bəyanatda deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı