Ronaldo yenə iz qoydu - Dayanmaq bilmir

Karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nassr” komandasında davam etdirən Kriştiano Ronaldo uğurlu oyununu davam etdirir.

Metbuat.az xəbər verir ki, 38 yaşlı futbolçu 2023-cü ildə də möhtəşəm statistikaya imza atıb. Portuqaliyalı əfsanə bu il 57 rəsmi oyuna çıxıb və 51 qol vurub. Digər tərəfdən o, 15 məhsuldar ötürmə edib. Karyerasının 793-cü qələbəsini "Əl-İttifak"a 3:0 hesabı ilə qalib gələn matçda qazanan Ronaldo bu görüşdə 870-ci dəfə qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR