Azərbaycanda yumurta bahalaşdı - YENİ QİYMƏT

Yumurtanın qiymətində artım müşahidə olunur.

Son günlərdə paytaxt ərazisində bu məhsulun qiyməti 2-3 qəpik artıb.

Satıcılar "Xəzər Xəbər"ə bildiriblər ki, qiymətin artması mövsümi xarakter daşıyır. Onların bəziləri bu artımı bayram ərəfəsi olması ilə əlaqələndirir.

Satıcıların sözlərinə görə, hər il payız və qış aylarında sözügedən məhsulun azalması müşahidə olunur, bu da öz növbəsində qiymət artımına səbəb olur.

Vətəndaşlar da qiymətlərin baha olmasından şikayətlənir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR