Ceniffer Lopez: "Mən də aldadıldım" (FOTO)

Ceniffer Lopez: "Mən də aldadıldım" (FOTO)
17:21 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur müğənnilərindən biri olan 2 uşaq anası Ceniffer Lopez aldadılması ilə bağlı açıqlama verib. ANS PRESS-in məlumatına görə, "The Boy Next Door" filminin təqdimatına hazırlaşan Lopez yay aylarında uğradığı xəyanətlə bağlı ilk dəfə danışıb.

Müğənni yay aylarında gənc sevgilisi rəqqas Kasper Smartın onu transseksual modellə aldatması barədə yayılan söz söhbətə aydınlıq gətirib.

O, aldatma barədə xəbər tutan kimi Kasperlə əlaqələrini kəsib. Lakin iki həftə sonra Smartı bağışlayıb. "Hər cür hissi anlaya bilirəm. Boşanma da yaşamışam. Dünyadakı hər qız kimi mən də aldadıldım.

Bunları yaşayanda hamı ilə ünsiyyət qura bilir, duyğuları anlaya bilirsən. Həyatımda özümdən yaşca balaca ilə ilk dəfə görüşürdüm və dolayısı ilə filmdə canlandırdığım rolu, yaş fərqini anlaya bilirəm".

Qeyd edək ki, ulduz son çəkildiyi filmdə oğlunun ən yaxın dostuna aşiq olan ananı canlandırır.









Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR