Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasına yeni təyin olunan səfiri Ruslan Nəsibov etimadnaməsinin surətini Efiopiya Xarici İşlər Nazirliyinin (XİN) Protokol Məsələləri üzrə baş direktoru səfir Melaku Bedada Senbetaya təqdim edib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı Səfirliyindən bildirilib.
Qeyd edilib ki, təqdimatdan sonra aparılan söhbət zamanı ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda həyata keçirilən uğurlu əməkdaşlığın davam etdirilməsi, həmçinin siyasi, iqtisadi-ticari, humanitar və turizm sahələrində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.