Azərbaycanın Rus İcması İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib

Azərbaycanın Rus İcması qarşıdan gələn Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib.

Metbuat.az xəbər verir ki, bu barədə icmanın məlumatında deyilir.

Bildirilib ki, icma üzvləri Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək seçkilərdə İlham Əliyevin Azərbaycan Prezidentliyinə namizəd olaraq irəli sürməsi ilə bağlı qərarını məmnunluqla qarşılayıblar.

“Əminik ki, İcma üzvləri bundan sonra da Prezidentimizə, onun sülhün möhkəmləndirilməsi, dostluq və qardaşlıq şəraitində çoxmillətli cəmiyyətin qorunub saxlanması, ölkənin Silahlı Qüvvələrinin daha da inkişafı və möhkəmləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyətini dəstəkləyəcək və fevralın 7-də də Vətənimizin parlaq gələcəyi naminə İlham Heydər oğlu Əliyevə səs verəcəklər”, - bəyanatda vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı