Ərdoğan "Panatinaikos"a gedən Fatih Terimə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Panatinaikos" klubuna baş məşqçi təyin edilən Fatih Terimə zəng edib.

Metbuat.az xəbər verir ki, bu barədə Fatih Terim açıqlama verib. O bildirib ki, Ərdoğan ona uğurlar arzulayıb.

Qeyd edək ki, "Panatinaikos" baş məşqçi postuna Fatih Terimin təyin edildiyini bəyan edib. Klubdan verilən açıqlamada "Xoş gəldin İmperator Fatih Terim" sözləri işlədilib. Fatih Terim isə klubun sosial mediadakı paylaşımına "Salam Panathinaikos" deyə münasibət bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR