Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili üçün vəsait ayrılacaq

Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili üçün vəsait ayrılacaq.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti: Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Ağdərə, Ağdam, Kəlbəcər, Tərtər, Xocalı və Goranboy rayonlarının icra hakimiyyətləri ilə birlikdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanunu ilə yeni müəyyən edilmiş sərhədlər yerdə (naturada) dəqiqləşdirilərək mərzçəkmə işlərinin yerinə yetirilməsini bir il müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı