Koreya yarımadasında müharibə hazırlığı - Kim Çen In orduya əmr verdi

Şimali Koreya lideri Kim Çen In orduya müharibəyə hazırlıq işlərini intensivləşdirməyi tapşırıb.

Metbuat.az xəbər verir ki, Kim Çen In hərbi və nüvə silahı sənayesi rəhbərliyinə müharibə hazırlığını artırmağı əmr edib. Yeni il öncəsi ölkədəki siyasi proseslərin müzakirə olunduğu iclasda çıxış edən Kim, ABŞ və Cənubi Koreyanın son zamanlar təhdidlərini artırdıqlarını qeyd edib. O bildirib ki, Şimali Koreya da öz baxışlarına uyğun olan ölkələrlə əməkdaşlığı artıracaq. Cənubi Koreya lideri Yoon Suk Yeol da Şimali Koreya ilə sərhəddəki hərbi hissəyə baş çəkdiyini və ordunun təxribatlara qarşı ayıq-sayıq olması lazım olduğunu bildirib.

Qeyd edək ki, son zamanlar Şimali Koreyanın ardıcıl raket sınaqları və casus peyk buraxılışları regionda gərginliyi artırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı