AFFA İntizam Komitəsi bu klubları cərimələdi

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib.

Metbuat.az xəbər verir ki, buna Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən oyunlardakı neqativ hallar səbəb olub.

“Sabah”la görüşdə 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimələnib. Bundan başqa, “Kəpəz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə gəncəlilər daha 500 manat ziyana düşüblər.

“Araz-Naxçıvan”la qarşılaşmaya yanğınsöndürən avtomobil təyin edilmiş vaxtdan gec gəldiyindən, “İrəvan” 100 manat cərimə olunub.

“Turan Tovuz”la oyunda 4 futbolçusunun sarı vərəqə alması “Zirə”ni 700 manat xərcə salıb. Görüşün 10-cu dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsi ucbatından “Turan Tovuz” 1500 manat cərimələnib.

Eyni zamanda, qərar alınıb ki, “Neftçi” ilə səfər matçında qonaq komandanın paltardəyişmə otağına dəymiş zərər “Qaradağ Lökbatan” tərəfindən ödənilsin.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı