Qəzzada müharibəni bitirəcək təklif - Misir tərəflərdən cavab gözləyir

Qəzza zolağında müharibəyə son qoymaq təklifinə tərəflər hələlik rəsmi cavab verməyib.

Metbuat.az xəbər verir ki, Misirin Mətbuat İnformasiya Agentliyinin rəhbəri Ziya Rəşvan Qahirənin İsrailin Qəzzaya hücumlarını dayandırmaq səyləri ilə bağlı açıqlama verib. O bildirib ki, Misir bölgəyə sülh və sabitlik gətirmək və tərəflər arasında yaranmış fikir ayrılıqlarını aradan qaldırılması üçün təklif təqdim edib, lakin indiyə qədər İsrail və Fələstin tərəfi rəsmi cavab verməyib.

Misirin bu təklifi bütün əlaqədar tərəflərin fikirlərini dinlədikdən sonra formalaşdırdığını qeyd edən Raşvan, təklifin atəşkəslə nəticələnəcək ardıcıl 3 mərhələdən ibarət olduğunu bildirib. Rəşvan bildirib ki, tərəflər cavab verəndən sonra təklif ətraflı şəkildə formalaşdırılacaq və ictimaiyyətlə bölüşüləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı