​Bu il dövlət hesabına hüquqi yardım göstərən 973 vəkilə ödəniş edilib

2023-cü il ərzində dövlət hesabına hüquqi yardıma görə ümumilikdə 39 830 qərarın icrası Azərbaycan Vəkillər Kollegiyası tərəfindən təmin edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Kollegiyanın sədri Anar Bağırov məlumat verib.

O bildirib ki, icrası təmin olunan qərarlar üzrə ümumilikdə 4 999 982,10 manat (bank xidməti də nəzərə alınmaqla) vəsaitin 97 vəkil qurumuna və 38 fərdi qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə 973 vəkilə ödənişi təmin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı