Azərbaycanda Şaxta baba Yeni il şənliyində VƏFAT ETDİ

Oğuzda Şaxta baba obrazında çıxış edən kişi ölüb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün rayon ərazisində keçirilən Yeni il şənliyində baş verib.

Belə ki, şənlikdə Şaxta baba obrazında çıxış edən rayonun Sincan kənd sakini, 1949-cu il təvəllüdlü Şahin Məhəmməd oğlu İsmayılovun halı anidən pisləşib və o, Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı