Prezidentliyə namizəd Zahid Oruc üçün 40 mindən artıq imza toplandı

7 fevral 2024-cü il tarixində keçiriləcək prezident seçkilərində öz təşəbbüsü ilə namizədliyini irəli sürən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzaları Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

Zahid Orucun Mərkəzi Seçki Qərargahından Metbuat.az-a verilən məlumata görə, Seçki Məcəlləsinə müvafiq olaraq, 60 dairədən minimum 50 imza olmaqla, etibarlı imzaların sayına dair müəyyənləşdirilmiş kvotada toplanan imzalarla birlikdə, namizədin gəlirlərinin miqdarı və mənbələrinə dair məlumat, o cümlədən, mülkiyyət hüququ əsasında ona məxsus əmlak barəsində sənədlər və ilkin maliyyə hesabatı da seçici imzalarına əlavə olunaraq, MSK-ya təqdim edilib.

Qeyd edək ki, Zahid Orucun səlahiyyətli nümayəndəsi ilə Komissiyada sənədlərin verilməsinə dair müvafiq protokol tərtib olunub.

Zahid Orucun Seçki Qərargahı imzatoplama kampaniyasının azad və hüquqi tələblər səviyyəsində keçirildiyini xüsusi qeyd edir, ona imza verən hər bir vətəndaşa səmimi təşəkkürlərini çatdırı, kampaniyada iştirak edən könüllülərin fədakarlığını ümumxalq aksiyasına yüksək töhvə kimi dəyərləndirir, rəsmən qeydə alınacağına inandığını, seçki platforması və təbliğat-təşviqat kampaniyasının aktiv bir şəkildə aparılması üçün hazırlıq işlərini davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı