Muslera "Qalatasaray"dan ayrılır, yeni klubu bilindi

“Qalatasaray”ın qapıçısı Fernando Muslera klubdan ayrılır.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, bu mövsümün sonunda qapıçının 13 illik klubu ilə müqaviləsi başa çatır. Uruqvaylı qolkiper açıqlamasında bu müqaviləni yeniləməyəcəyini bildirib.

Uruqvay mediası isə 37 yaşlı qapıçının keçmiş klubu olan “Club National”a transfer ediləcəyi barədə məlumat yayıb.

Qeyd edək ki, Muslera “Qalatasaray”ın formasında 484 oyuna çıxıb. Bu oyunlarda 516 qol buraxıb, 173 oyunda isə qapısını qoruya bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR