Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu məclislərdən birində yenidən birlikdə səhnə alıblar.
Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, toyda qonaq olan meyxanaçı Rəşad Dağlının övladları Yusif və Bətül həmin an səhnəyə çıxıblar.
Onlar Pop diva və Qaraçuxurlu ilə foto çəkdiriblər.
Qeyd edək ki, Rəşad Dağlı hazırda həbsxanadadır. Qonşusunu qətlə yetirən meyxanaçı 9 il 6 ay həbs cəzası alıb.