Bu şəxslər üçün gömrük rəsmiləşdirilməsi prosesi asanlaşdı

Azərbaycanda sahibkarlar e.customs.gov.az portalı üzərindən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) kodunu özləri əvvəlcədən müəyyənləşdirə biləcəklər.

Metbuat.az xəbər verir ki, bunun üçün “Mal nomenklaturası” bölməsindən “XİF MN tövsiyə sistemi” altbölməsi seçilməlidir.

Axtarış pəncərəsində malın ticari adı, markası və ya mala dair açar söz daxil edilməklə XİF MN-nin kodunun təxmini nəticəsi əldə olunur. Süni intellekt əsaslı axtarış modulunun fəaliyyəti son iki ildə gömrük orqanlarına bəyan edilən malların təsvirlərinə əsaslanır.

Axtarışın nəticələrinə uyğun olaraq tövsiyə olunan kodlar yalnız köməkçi xarakter daşıyır.

Qeyd edilib ki, sahibkarlar məcburi qərarlar üzrə verilən təsnifat kodları ilə də tanış ola biləcəklər.

Tətbiq edilən yenilik sahibkarlara gömrük ödənişlərini, mallara dair tələb olunan sənədləri öncədən müəyyən etməyə imkan verəcək ki, bu da ekspertizaya sərf olunan vaxt və vəsaitin aradan qaldırılmasına, gömrük rəsmiləşdirilməsinin daha asan və sürətli şəkildə həyata keçirilməsinə şərait yaradacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR