ADY bayram günlərində əlavə təyin edilən reyslərin sayını açıqladı

Yeni il tətili ilə əlaqədar əhalinin təhlükəsiz, vaxtında və rahat şəkildə bölgələrə səyahətinin təmin edilməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 31 dekabr tarixindən 7 yanvar tarixinə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

QSC-dən Metbuat.az-a verilən məlumata görə, bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə hər gün əlavə reyslər təyin olunub və xətt üzrə 3 mindən çox sərnişinə xidmət göstərilib.

Həmçinin gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı marşrutu üzrə də sərnişin təlabatının təmin olunması məqsədilə hər iki istiqamətə əlavə 24 reys təyin olunub. Bayram günlərində müvafiq marşrut üzrə 10 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Ümumilikdə tətil günlərində ADY qatarları ilə ölkədaxili istiqamətlər üzrə 13 314 səfər həyata keçirilib.

Qeyd edək ki, 2023-cü ilin son həftəsində ADY tarixində ilk dəfə sərnişindaşıma xidmətində il ərzində rekord göstərici – 7 milyonuncu sərnişin qeydə alınıb. İsveçrənin “Stadler Rail Group” şirkətindən alınmış müasir qatarların il ərzində istismara verilməsi nəticəsində rəqəmlərdə artan dinamikanın müşahidə olunacağı proqnozlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı