İsrailin Qəzzadakı xərcləri 60 milyard dollara çatdı

İsrailin Qəzza zolağına hücumlarının iqtisadi dəyəri 59,35 milyard dollara çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Yedioth Ahronot” qəzeti məlumat yayıb. Bildirilib ki, İsrail xərclərə baxmayaraq qarşıya qoyduğu hədəflərə çata bilməyib. Xəbərdə İsrail ordusunun oktyabr ayında Qəzza zolağında başlatdığı quru əməliyyatında bir çox taktiki uğurlar əldə etdiyi, lakin HƏMAS-ın hərbi imkanlarını aradan qaldırmaq və israilli girovları xilas etmək kimi məqsədlərinə nail ola bilmədiyi qeyd edilib. Məqalədə deyilir ki, İsrail ordusu HƏMAS-ın silahlı liderlərini hələ zərərsizləşdirə bilməyib. Xəbərdə İsrailin hücumlarının ölkədəki iqtisadiyyat və təhsilə, qaçqınların və israillilərin şəxsi təhlükəsizliyinə mənfi təsirləri olduğu vurğulanıb.

Xəbərdə Qəzza zolağı sərhədindən və şimaldan təxliyə edilən 125 min qaçqının xərclərini İsrailin qarşıladığı və bunun xərcinin milyardlarla dollar olduğuna diqqət çəkilib. Həmçinin İsrailə qlobal dəstəyin də əvvəlki səviyyədə olmadığı, azaldığı qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı