MİDA-ya mənzil tikintisi üçün bu ərazilər təklif olundu

Bakının mənzil tələbatını ödəmək üçün Baş Plan hazırlanan dövrdə DŞAK və MİDA arasında aparılmış əməkdaşlıq görüşlərində mənzil tikintisi üçün əlverişli 125 ha torpaq sahəsi müəyyən edilib.

Metbuat.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, Aşağı və orta gəlirli gənc ailələrin mənzil tələbatını ödəmək üçün bu ərazilərdə müasir yaşayış mühitinin yaradılması təklif olunur. Davamlı və hərtərəfli imkanların olduğu şəhər məhəllələrinin yaradılması üçün Hövsanda və Bakının Yasamal rayonunda MİDA tərəfindən münasib qiymətə mənzillərin tikintisi məqsədilə 46 ha ərazidə iki mənzil layihəsi həyata keçirilir. Bundan əlavə, Şəhər Göllərinin Bərpası Proqramı ilə paralel olaraq, həyata keçiriləcək Zığ gölünün (yaşayış və çoxfunksiyalı ərazi üçün uyğun təqribən 29 ha torpaq sahəsi) və Böyükşor gölü (yaşayış ərazisi üçün uyğun təqribən 50 ha torpaq sahəsi) ərazisində yaşayış üçün əlverişli iki yeni ərazi təklif olunur.

Xatırladaq ki, 2040-ci ilə qədər təqribən 142,8 min mənzilə ehtiyac yaranacağı proqnozlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı