"Bakı Biznes Mərkəzi"nin direktoru işdən çıxdı

İqtisadiyyat Nazirliyinə məxsus "Bakı Biznes Mərkəzi" MMC-nin direktoru Seyran Məmmədov işdən çıxıb.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq İlham Qurbanova həvalə olunub.

Xatırladaq ki, "Bakı Biznes Mərkəzi" 2007-ci ildə 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, Dənizkənarı Milli Parkda yerləşir. Onun açılışı 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı