TikTok-un yaradıcısı Jan İmin Çinin ən varlı adamları reytinqinə başçılıq edir.
Metbuat.az xəbər verir ki, iş adamının sərvəti 2024-cü ildə 13,6 milyard dollar artıb və 2025-ci ildə 57,5 milyard dollar təşkil edib.
İkinci yerdə 56,6 milyard dollar kapitalla “Tencent Holdings” texnoloji şirkətinin həmtəsisçisi Pony Ma qərarlaşıb. Üçüncü yerdə sərvəti 54,1 milyard dollar dəyərində qiymətləndirilən “Nongfu Spring” qablaşdırılmış su və sərinləşdirici içkilər şirkətinin rəhbəri Jun Şanşan qərarlaşıb.