Qırğızıstanın bayrağının dizaynı dəyişdirildi

Dizaynı dəyişdirilən Qırğızıstanın bayrağı paytaxt Bişkekdə təşkil edilən mərasimlə qaldırılıb.

Metbuat.az xəbər verir ki, Milli Məclisin sədri Nurlanbek Şakiyev və Nazirlər Şurasının sədri Kilitbek Çaparovun iştirakı ilə Ala-Too meydanında dizaynı dəyişdirilən ölkənin bayrağının ucaldılması mərasimi keçirilib. Mərasimdə dövlət katibi Suyunbek Kasmambetov, fövqəladə hallar naziri Boobek Ajikeyev, Baş Qərargah rəisi Ruslan Mukambetov, Bişkek Böyükşəhər meri Aybek Dunuşəliyev, 1992-ci ildə ölkə bayrağının dizaynında iştirak etmiş Jusup Matayev və Bekbosun Cayçibekov da iştirak ediblər. Hərbi orkestr Qırğızıstanın Dövlət Himnini səsləndirərkən əsgərlər nəhəng bayrağı qaldırıblar.

Qeyd edək ki, yeni dizayna görə, ölkə bayrağındakı dalğavari günəş şüaları yastılaşdırılıb və ortadakı motivdəki xətlərin sayı artırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı