ABŞ səfirliyi Perinatal Mərkəzdə həlak olan körpələrlə bağlı başsağlığı verdi

ABŞ səfirliyi Respublika Perinatal Mərkəzdə həlak olan körpələrlə bağlı başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Bu gün Respublika Perinatal Mərkəzində baş verən yanğında həyatını itirən dörd körpənin ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Biz, həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzu edirik", - bildirilib.

Qeyd edək ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində hadisə yerində 4 körpənin meyiti aşkarlanıb, 60 nəfər təxliyə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı