Makrondan rüsvayçı təyinat: Seçdiyi baş nazir homoseksual imiş - FOTO

Xəbər verdiyimiz kimi Fransa Prezidenti Emmanuel Makron Qabriel Attalı ölkənin baş naziri təyin edib.

Metbuat.az xəbər verir ki, yerli media istefa verən Elizabet Bornenin yerinə Makrona yaxınlığı ilə seçilən Attalın keçdiyini açıqlayıb. Bildirilib ki, 34 yaşlı təhsil və gənclər naziri Attal ölkənin ən gənc baş naziri seçilib. Attal son zamanlar ölkənin ən çox dəstəklənən siyasətçiləri arasındadır. Attal bundan əvvəl homoseksual olduğunu açıqlamışdı. Beləliklə, o Fransanın ilk homoseksual Baş naziri olub. Yelisey sarayından isə hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, 2022-ci ildə baş nazir vəzifəsinə təyin olunan Elizabet Borne vəzifəsini tərk etdiyini açıqlayıb. Bornenin istefası pensiya sistemi və immiqrasiya qanunları ilə bağlı müzakirələrdən sonra baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı