Yaponiyanın qərb sahillərində baş vermiş 7,6 maqnitudalı zəlzələ nəticəsində həlak olanların sayı 206 nəfərə çatıb.
Metbuat.az bildirir ki, zəlzələ nəticəsində 566 nəfər xəsarət alıb, 1 787 ev dağılıb və ya ciddi zədələnib.
Zəlzələdən sonra 1000-dən çox afterşok qeydə alınıb. İtkin düşən 52 nəfərin axtarışlarının davam etdirildiyi bildirilir.